Bu uşaq hər gün  1 kilo soğan  , 2 baş sarımsaq yeyir
30 oktyabr 2023 18:39 (UTC +04:00)

Bu uşaq hər gün 1 kilo soğan , 2 baş sarımsaq yeyir

Türkiyənin Bursa şəhərində yaşayan 12 yaşlı Eymen Ayhanın qəribə alışqanlığı gündəm olub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Eymen hər gün mütləq 1 kilo soğan və 10-15 diş sarımsaq yeyir. O bu tərəvəzləri çörəksiz, meyvə əvəzinə yeməyi sevir.

Anası çox soğan, sarımsaq yediyinə görə oğlundan pis iy gəlməsindən, bunun məktəbdə hər kəsi narahat etməsindən gileylənsə də, Eymen öz vərdişindən əl çəkmir.

“Yol gedə-gedə soğan yeməyi sevirəm. Bizim evdə meyvə yoxdur, masamın üstündə hər zaman boşqabda soğan və sarımsaq olmalıdır. Onları yemədən özümü güclü hiss etmirəm”, - Eymen bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37422
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar