Bu şəhərdə əlaçı şagirdlər ictimai nəqliyyatda PULSUZ GEDƏCƏKLƏR
22 oktyabr 2021 22:20 (UTC +04:00)

Bu şəhərdə əlaçı şagirdlər ictimai nəqliyyatda PULSUZ GEDƏCƏKLƏR

Ulan-Udedə (Buryatiya Respublikası) məktəblilərə yaxşı təhsil almaq üçün pulsuz ictimai nəqliyyat təklif olunub.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 2 saylı marşrutda  çalışan iki sürücü böyüməkdə olan nəsli əlaçı olmağa həvəsləndirmək və ya müxtəlif fənlərdən daha çox "beş" almaq üçün belə aksiya təşkil edib.

Belə bir ideyanı ilk həyata keçirən 3 uşaq atası sürücü Aleksandr Poselski olub..

O, 2 saylı marşrutun mikroavtobusunda aşağıdakı məzmunlu bir reklam yerləşdirib: “Gündəliyində “5” aldığını göstərən şagirdə gediş haqqı pulsuzdur”.

Bütün şəhər sakinləri bundan tez xəbər tutaraq sosial şəbəkələrdə sürücünün xeyirxahlığını yüksək qiymətləndiriblər.

Poselski deyib ki, İnternetdə başqa şəhərlərdə avtobus sürücülərinin bəzən belə etdiyini görüb. O, dərhal qərara gəlib ki, dərslərindən əla qiymət alan şagirdlərdən gediş haqqı almamaqla bağlı təşəbbüs irəli sürməlidir. Artıq həmin marşrutda işləyən digər sürücülər də Poselskinin təşəbbüsünə dəstək veriblər.

Ulan-Udedə ictimai nəqliyyatda gediş haqqı 24 rubldur. “Beş” qiymət alıb iki dəfə pulsuz dərsə gedib gələn məktəblilər, məsələn, bir şokolad puluna qənaət edə biləcəklər.
 

# 8406
avatar

Oxşar yazılar