Bu ölkədə uşaqlara cinsini dəyişməyə icazə verildi
07 may 2021 19:44 (UTC +04:00)

Bu ölkədə uşaqlara cinsini dəyişməyə icazə verildi

Hollandiyada 16 yaşınadək uşaqların doğum şəhadətnamələrində cinslərini dəyişdirməsinə icazə verilib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bunun üçün həkim və ya psixiatrın son qərarı tələb olunmur.

Xarici Internet saytlarının yazdığına görə, ölkə səlahiyyətliləri cinsiyyət kimliyi doğuş zamanı təyin olunan cinsə uyğun gəlməyən şəxslərin sənədlərdə onu dəyişdirə biləcəyinə qərar verib. Bu vəziyyətdə uşağın bioloji cinsi heç bir rol oynamayacaq.

Əvvəllər Hollandiyada belə qanun olub, ancaq yalnız yaşlılar üçün nəzərdə tutulub. İndisə cinsi sənəddə uşaqlar da dəyişdirə biləcək. 

Hollandiyanın hüquq müdafiə naziri Sander Dekker qeyd edib ki, Hollandiyanın cins müxtəlifliyi təşkilatı uşağın cinsi təkbaşına təyin etməsi halında həkim sertifikatı tələb etməməyə icazə verib. Əks təqdirdə, bu insan hüquqlarının pozulması olacaq.

Məhkəmədəki bir açıqlama ilə sənədlərdəki cins dəyişdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Oxşar yazılar