Bu ölkədə  intihar edən uşaqların   sayı rekord həddə çatıb
06 mart 2023 18:54 (UTC +04:00)

Bu ölkədə intihar edən uşaqların sayı rekord həddə çatıb

Yaponiyada özünə qəsd edən azyaşlıların sayı hər gün durmadan artır. 

19 yaşına çatmamış insanların intihara meyli  əsasən gələcək qayğıları ilə bağlıdır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ötən il ölkədə özünü öldürən uşaqların sayı 512 nəfər olub.

Onların hamısı məktəbli imiş. Məsələ bundadır ki, uşaqlar təhsildə uğur qazanmadıqda, gələcəkdə özlərinə karyera qura bilməyəcəklərini düşünərək inthar edirlər. 

Verilən xəbərlərə görə uşaqların böyük əksəriyyəti özlərini qatar altına atmaqla intihar yolunu seçiblər. 
 

# 2157
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar