Bu ölkədə  140 milyon uşağa   COVID-19 peyvəndi vuruldu
21 dekabr 2021 18:40 (UTC +04:00)

Bu ölkədə 140 milyon uşağa COVID-19 peyvəndi vuruldu

Çində COVID-19-a qarşı peyvəndləmə sürətlə gedir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ölkədə payızın ortalarından etibarən uşaqları da peyvənd edirlər.

Təkcə yeniyetmələr deyil, hətta 3-11 yaş arası uşaqlar da peyvənd olunur. Oktyabr ayından bəri çinli həkimlər 140 milyon uşağı peyvənd edib.

Bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin immunizasiya proqramının baş mütəxəssisi Van Huatsin məlumat verib.

Müşahidələr göstərir ki, uşaqlarda peyvəndin nəticələri daha yüngül olur, əlavə təsirlər isə yetkin xəstələrdə olduğu kimi tez-tez baş vermir. Çox vaxt həkimlər temperaturun artması, həmçinin iynə yerində ağrı qeyd edirlər.

Çində 3-11 yaş arası uşaqlar yalnız prosedurun nəticələri barədə tam məlumatlandırıldıqdan sonra, onların şəxsi razılığı, habelə qanuni nümayəndələrinin razılığı ilə peyvənd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Oxşar yazılar