Əlbəttə, bütün valideynlər övladlarının xoşbəxt olmasını istəyir. Lakin hətta ən xoş niyyətlə deyilmiş sözlər belə, uşağın kövrək psixikasını dərin yaralaya bilər. Xüsusilə ana və ya atanın sözləri, uşağın özünə münasibətini, bacarıqlarına inamını və dünyaya baxışını formalaşdırır.
Lent.az bununla bağlı məlumatları sizə təqdim edir:
Psixoloqlar xəbərdarlıq edirlər: yorğunluq və ya əsəb anında deyilən bəzi ifadələr, uşağın psixikasında bütün ömür boyu qalacaq izlər buraxa bilər. Uşaqlar bunu dərhal hiss etdirməsə də, daxildə toplanan inciklik, özünəinamın zəifləməsinə, valideynə etimadın itirilməsinə və gələcək münasibətlərdə problemlərə səbəb ola bilər.
Uşağa deyilməməli olan 5 zərərli ifadə
1. “Niyə ağlayırsan, bu nə ki"?
Bu ifadə uşağın emosiyalarını dəyərsizləşdirir.
Sizcə önəmsiz görünən hadisə, uşaq üçün çox əhəmiyyətli ola bilər.
Uşaq hisslərinin daim rədd edildiyini görəndə, özünü ifadə etməyi öyrənmir, utanır və bu, böyüyəndə emosional zəifliyə səbəb ola bilər.
2. “Sən heç nəyi düz edə bilmirsən"!
Bu cümlə uşağın özünə inamını sarsıdır.
Tənqid əvəzinə uşaq özünün pis biri olduğunu düşünməyə başlayır.
Bu da özünü natamam hiss etmə, yenilikdən qorxma və daimi narahatlıq yaradır.
3. “Kaş sən də filankəs kimi olaydın"...
Başqaları ilə müqayisə etmək uşağın psixikasına ən zərərli təsir edən üsullardandır.
Bu sözlər:
Paxıllıq,
Utanc,
Qəzəb və
Dəyərsizlik hissi yaradır.
Uşaq düşünür ki, sevgi qazanılmalıdır, bu da həm valideynlə münasibəti, həm də gələcək sosial həyatını zədələyir.
4. “Get buradan, səni görmək istəmirəm”.
Bu sözlər qəzəb anında ağzınızdan çıxa bilər.
Lakin uşaq bunu belə anlayır: “Artıq məni sevmirlər.”
Bu, onun üçün böyük emosional travmadır.
Uşaq sevgini, təhlükəsizliyi və dəstəyi itirməkdən qorxur.
Nəticədə ağır günahkarlıq və qorxu hissi formalaşır.
5. “Sənin ucbatından həyatımı məhv etdim"!
Bu, zəhərli və zərərli bir ifadədir.
Bu sözlərlə valideyn öz çətinliklərinə görə məsuliyyəti uşağın üstünə atır.
Uşaq nəticədə həm günahkar hiss edir, həm də incik olur – çünki o, böyüklərin qərarlarına cavabdeh deyil.
Belə ifadələr etimadı dağıdır və emosional travma buraxır.
Nəticə
Psixoloqlar deyir: sözlər toxum kimidir – uşaq qəlbində cücərir. Bugün uşağa necə yanaşırsınızsa, sabah onun daxili səsi və özünü dəyərləndirmə tərzi elə o şəkildə olacaq. Ona görə də sözlərinizə diqqət edin, uşağınız güclü, inamlı və emosional cəhətdən sağlam bir şəxsiyyət kimi böyüsün.