Bir yaşlı uşaq bir neçə  mismar uddu   və...
18 mart 2023 13:56 (UTC +04:00)

Bir yaşlı uşaq bir neçə mismar uddu və...

Ufada bir yaşlı qız bir neçə mismar udaraq sağ qalıb. 

Lent.az bildirir ki, bu barədə “Mash Batash” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, valideynlər uşağın nəcisində metal halqalar gördükdən sonra həkimlərə müraciət ediblər. Həkimlər rentgen aparanda qızın qarnında iki iti mismar olduğunu görüblər. Uşağın onları harada tapdığı məlum deyil.

Həkimlər uşağı əməliyyat etməmək qərarına gəliblər və bərk qida vasitəsilə bədəndən yad cisimləri çıxarmağa qərar veriblər. Mismarlar bir neçə gündən sonra özbaşına bədəni tərk edib.

# 2847
avatar

Oxşar yazılar