Bir yaşı tamam olmayan uşaqlara bu qidaları VERMƏYİN  - MƏSLƏHƏT
22 iyul 2021 12:01 (UTC +04:00)

Bir yaşı tamam olmayan uşaqlara bu qidaları VERMƏYİN - MƏSLƏHƏT

Həkimlər bir yaşı tamam olmamış uşaqlara bəzi qidaları verməyi məsləhət görmür. Buna səbəb isə uşaqların mədə-bağırsaq sistemi və böyrək funksiyaları yetərincə formalaşmasıdır. Çünki bu dövrdə körpələrin əlavə qida qəbul etməyə hazır olmurlar.

Lent.az həkimlərin valideynlərə körpələr üçün vacib məsləhətləri təqdim edir: 

Duz 

Bir yaşından əvvəl körpələrə verilən duz damarlarda yığıla və erkən yaşlarda hipertoniya xəstəliyinə səbəb ola bilər.

Bal Bal körpələrədə qəbizlik, udqunmada çətinlik, tənəffüs dayanması, əzələ zəifliyi kimi simptomlar yaradır. Bal yeyən körpənin bağırsağında toksinlər əmələ gəlir və bu da zəhərlənməyə səbəb olur. 1 ildən sonra az miqdarda körpələrə bal verilməsi məsləhət görülür.  

Yumurta ağı

Allergiyaya səbəb ola bilər.

İnək südü

Bir yaşı tamam olmamış körpələr inək südü qəbul edərsə, allergiya, qəbizlik və dəmir çatışmazlığı kimi prpblemlə qarşılaşa bilərlər. 

Kakao, şokolad və çiyələk

Sadalanan bu qidalar allergik reaksiyalara səbəb olur. 

Kolbasa və hisə verilmiş məhsullar

Tərkibində həddindən artıq duz və nitrat olduğu üçün ürək-damar və böyrək xəstəliklərinə yol aça bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3402
avatar

Nigar Adil

Oxşar yazılar