Azərbaycanda 6 kiloluq uşaq  doğuldu
17 yanvar 2025 09:19 (UTC +04:00)

Azərbaycanda 6 kiloluq uşaq doğuldu

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.

Mərkəzdən Lent.az-a bildirilib ki, yanvarın 10-da saat 20:30-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub.

Hazırda körpənin və ananın vəziyyəti stabil qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Oxşar yazılar