Avtobusda unudulan uşaq  həyatını itirdi
06 sentyabr 2022 18:32 (UTC +04:00)

Avtobusda unudulan uşaq həyatını itirdi

Yaponiyada məktəb avtobusunda unudulan uşaq həyatını itirib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Makinohara şəhərində beş saat avtobusda qalan 3 yaşlı uşaq huşsuz vəziyyətdə tapılıb. 

Azyaşlı xəstəxanaya aparılsa da, həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. 

Həmin vaxt temperaturun +30 dərəcə olduğu və uşağın havasızlıqdan öldüyü bildirilib. 

# 3609
avatar

Sevinc Fərid

Oxşar yazılar