Ataları siqaret çəkən uşaqlarda BU XƏSTƏLİK OLUR
15 fevral 2024 10:57 (UTC +04:00)

Ataları siqaret çəkən uşaqlarda BU XƏSTƏLİK OLUR

Siqaret çəkən ataların uşaqlarında astma riski müəyyən edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norvecin Bergen Universitetinin alimləri araşdırma aparıblar.

Nəticədən belə məlum olub ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bir neçə dəfə çoxdur. Maraqlıdır ki, keçmişdə siqaret çəkən, lakin uşaq dünyaya gələn zamanda siqaretdən imtina edən kişilərin uşaqlarında bu risk yüksək olur.

Ataları 15 yaşına kimi siqaret çəkməyə başlayan uşaqlarda astmaya xüsusilə tez-tez təsadüf edilir. Həmçinin uşaqlarda astmanın inkişafı riski atalarında siqaret çəkmək "stajı" ilə də əlaqəlidir.  Bu "staj" nə qədər çoxdursa, risk də bir o qədər də çox olur.

Alimlərin fikrincə, siqaret çəkmək kişi spermasında pozulmalara səbəb olur ki, bu da gələcəkdə onun uşaqlarında astma xəstəliyinin riskinin artmasına gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4701
avatar

Fidan İlqar

Oxşar yazılar