Ana 1 uşağı 2 dəfə doğdu
14 sentyabr 2024 13:50 (UTC +04:00)

Ana 1 uşağı 2 dəfə doğdu

İngiltərədə 23 yaşlı qadın bətnindəki uşağın inkişaf edən patologiyasını hamiləliyinin erkən dövründə öyrənib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, oğlanda onurğa və onurğa beyninin qüsurlarına səbəb olan anadangəlmə qüsur inkişaf edib. Həkimlərin qərarı ilə uşaq hamiləliyin 27-ci həftəsində əməliyyat üçün ana bətnindən çıxarılıb və əməliyyatdan sonra yenidən uşaqlıq yoluna yerləşdirilib.

Uşaq hamiləliyin 38-ci həftəsində yenidən doğulub.

Körpənin beyninin və onurğasının zədələnməsini bərpa etmək üçün daha bir neçə əməliyyat keçirib.

Həkimlər uşağın yeriyə bilməyəcəyini düşünürlər, lakin aktiv fiziki müalicəni tövsiyə edirlər. Ana ümidini itirmir.

Araşdırmalar göstərir ki, Böyük Britaniyada hər il 600-ə yaxın körpə onurğa qüsuru ilə doğulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar