Alimlər həyəcan təbili ÇALDI:  uşaq salfetləri autizm yaradır
26 mart 2024 14:26 (UTC +04:00)

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserve Universiteti Tibb Fakültəsinin alimləri müəyyən ediblər. Tədqiqatın nəticələri “Nature Neurology” jurnalında dərc olunub.

Qeyd olunur ki, OFR gecikdirici materialların hazırlanmasında istifadə olunur. Mebel parçalarında, dırnaq boyalarında, uşaq salfetlərində, xalçalarda və elektronikada rast gəlinir. QAC mikrobları öldürmək üçün istifadə edilən bir növ kimyəvi maddədir. Onlar təmizləyici məhsullar, şampunlar, günəş kremləri və fərdi qulluq məhsulları istehsalında istifadə olunur.

Bu kimyəvi maddələrin beyin fəaliyyətinə necə təsir etdiyini öyrənmək üçün alimlər siçanlar üzərində təcrübə aparıblar. Gənc gəmiricilərin beyin toxuması OFR və QAC-lərə məruz qaldıqda, onların oliqodendrositləri (beyində sinirləri qoruyan strukturlar) inkişafı və fəaliyyətini dayandırıb.

Əlavə bir araşdırmada tədqiqatçılar 3-11 yaşlı uşaqların sidikdə OFR və QAC səviyyələrini qiymətləndiriblər. Ümumilikdə bir neçə min nümunə təhlil edilib. Məlum olub ki, ASD (autizm spektri pozğunluğu) olan uşaqların sidikdə kimyəvi OFR konsentrasiyası əhəmiyyətli dərəcədə yüksəkdir.

# 3543
avatar

Oxşar yazılar