5 yaşlı qız Ukrayna ordusu üçün  10 saat dayanmadan oxudu
22 avqust 2022 11:42 (UTC +04:00)

5 yaşlı qız Ukrayna ordusu üçün 10 saat dayanmadan oxudu

Ukraynanın Krivoy Roq şəhərinə köçüb gələn 5 yaşlı Mariya Makeyeva öz məharəti ilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün 35 min 492 Ukrayna grivnası (təxminən 996 dollar) toplayan ən gənc könüllü kimi tanınır.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, qızcığaz böyük qardaşı Aleksandrın musiqi müşayiəti ilə mahnılar oxuyaraq rekord qırıb.

Rekordçunun çıxışı 9 saat 54 dəqiqə davam edib. Bacı və qardaş topladıqları vəsaiti analarının köməkliyi ilə orduya təhvil verib. 

Qeyd edək ki, bundan əvvəl 10 yaşlı Valeriya adlı ukraynalı qızcığaz dama oynayaraq Ukrayna Silahlı Qüvvələri üçün 21 min qrivna toplamışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2466
avatar

Nigar Namiq

Oxşar yazılar