1 yaşadək uşaqların ölüm səbəbləri AÇIQLANDI
27 oktyabr 2021 14:53 (UTC +04:00)

1 yaşadək uşaqların ölüm səbəbləri AÇIQLANDI

Azərbaycanda 1 yaşadək uşaqların ölüm səbəbləri açıqlanıb.

Lent.az-ın məlumatına görə, ötən il dünyasını dəyişən uşaqların sayı 1 242 olub. 

Ölüm səbəbləri üzrə ilk yerdə perinatal dövrdə meydana çıxan bəzi hallardır. Belə ki, 1 yaşadək uşaqların 933-ü məhz bu səbəbdən ölüb.

Digər dünyasını dəyişən uşaqların 104-ü tənəffüs sistemi xəstəliklərindən, 62-si anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından, 59-u sinir sisteminin xəstəliklərindən, 31-i bəzi infeksion və parazitar xəstəliklərdən, 24-ü həzm sisteminin xəstəliklərindən, 24-ü digər səbəblərdən, 5-i isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri səbəbindən baş verib.

# 13968
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar