Yeni noutbuklar köhnələrdən nə ilə fərqlənəcək?
25 dekabr 2023 09:49 (UTC +04:00)

Yeni noutbuklar köhnələrdən nə ilə fərqlənəcək?

 MSI şirkəti öz yeni flaqman gaming noutbukunu anons edib. Şirkətin yeni gaming noutbuku MSI Titan 18 HX adını əldə edib. Lent.az xarici KİV-ə istinadən bildirir ki, şirkət sözügedən noutbukun texniki göstəriciləri barəsində məlumat versə də, onun təqdimatı gələn ay keçiriləcək CES 2024 sərgisində baş tutacaq.

Beləliklə məlumatda qeyd edilib ki, MSI Titan 18 HX noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2400 piksel keyfiyyətli 18 düym mini-LED ekranla təchiz olunub. HDR rejimi çərçivəsində ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Noutbuk Core i9-14900HX prosessoru vasitəsilə çalışır və özündə GeForce RTX 4090 videokartını birləşdirir. Üstəlik MSI Titan 18 HX DDR5-5600 standartlı 128 GB RAM və 2 TB-lıq SSD ilə təchiz olunub. MSI Titan 18 HX-in hansı qiymətə satılacağı bilinmir.

# 3411
avatar

Oxşar yazılar