“Yandex” kuryer-robotların sayını artırır
01 dekabr 2023 07:54 (UTC +04:00)

“Yandex” kuryer-robotların sayını artırır

Yandex” 2024-cü ildə çatdırılma xidməti göstərən robotlarının sayını 130-dan 260-a yüksəltmək niyyətindədir.

Lent.az xəbər verir ki, bu barədə “Yandex” məlumat yayıb.

Şirkət, həmçinin “sonuncu mil” (yekun istehlakçıya çatdırılma) modelinə uyğun olaraq, öz robotlarını digər şirkətlərə icarəyə verməyi planlaşdırır. Əməkdaşlıq çərçivəsində “Yandex” onlara texniki dəstək və zəmanətli xidmət göstərəcək.

“Hazırda şirkət böyük supermarketlər zəncirindəki, kofe-şoplardakı və fast-fud restoranlardakı məhsulların çatdırılması üçün robotların tətbiq olunmasını müzakirə edir. Çatdırılma xidməti göstərən təxminən 15 robot əhalisi beş min nəfər olan yaşayış məntəqəsinə yemək və məhsulların tədarük edilməsi üçün kifayət edir", – deyə şirkətdən bildirilib.

“Yandex”in digər perspektivli sifarişçiləri arasında otellər və mağazalar, yaşayış kompleksləri, yaradıcılıq klasterləri və universitet kampusları da var.

“Yandex”in kuryer robot xidməti 2019-cu ildə işə salınıb. Onlar Moskvada daxil olmaqla, iri şəhərlərdə fəaliyyət göstərir. Xidmət işə salındığı vaxtdan robotlar 600 min kilometr yol qət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3813
avatar

Oxşar yazılar