“Xiaomi” şirkəti “Apple”ın problemlərinə görə kəskin bahalaşdı
16 noyabr 2023 14:40 (UTC +04:00)

“Xiaomi” şirkəti “Apple”ın problemlərinə görə kəskin bahalaşdı

“Apple”ın Çindəki problemləri fonunda “Xiaomi”nin kapitallaşması 60% artıb.

Lent.az “Bloomberg”a istinadən xəbər verir ki, 2023-cü ilin iyun ayından etibarən bütün "Xiaomi" səhmlərinin dəyəri 20 milyard dollara qədər çoxalıb. 

Məlumata görə, “Xiaomi”nin böyüməsinin əsas səbəbləri arasında yeni flaqman smartfonlar seriyası “Xiaomi 14”ün buraxılması və investorların şirkətin elektromobillər sahəsində layihələrinə nikbin əhval-ruhiyyəsi daxildir. 

Analitiklər “Xiaomi” səhmlərinin daha da artmağa davam edəcəyinə inanırlar. Mütəxəssislər qarşıdan gələn Yeni il satışlarını nəzərə alaraq bu modellərə böyük tələbatın davam edəcəyini gözləyirlər.

Xiaomi, 2023-cü ilin 3-cü rübündə tədarüklərin həm rüblük, həm də illik artımını görən ən yaxşı beş smartfon markasından yeganə biridir. Bu, satıcının Çin və Hindistan kimi əsas bazarlarda öz mövqeyini gücləndirməsi ilə bağlıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4707
avatar

Sevinc Fərid

Oxşar yazılar