“Windows”u necə sındırmaq olar? - Asan yol
07 fevral 2024 03:52 (UTC +04:00)

“Windows”u necə sındırmaq olar? - Asan yol

Love Comparison ləqəbi ilə tanınan çinli bloqer bildirir ki, kompüterinizdə tarixi 1 yanvar 10000-ə təyin etsəniz, Windows 11 çökər.

Lent.az bu barədə MyDrivers nəşrinə istinadən xəbər verir.

Windows 11 parametrləri istifadəçi interfeysi vasitəsilə göstərilən tarixi təyin etməyə imkan vermir. Onların təmin etdiyi maksimum 31 dekabr 2099-cu ildir. Komanda xətti bu həddi aşmağa imkan verir, lakin 31 dekabr 8906 limitindən kənara çıxa bilməz.
Bu məhdudiyyətlərlə üzləşən Love Comparison eksperimentini aparmaq üçün BCDedit yükləyici dəyər redaktorundan istifadə etmək qərarına gəldi. O, bloqerə sistemdə tarixi 31 dekabr 9999-cu il, saatı isə 23:59-a təyin etməyə icazə verib.

Windows yükləndikdən bir dəqiqə sonra tarix 1 yanvar 10.000 olaraq dəyişdi. Bundan sonra əməliyyat sistemi nasazlaşmağa başladı: bütün parametrlər zavod parametrlərinə qaytarıldı və proqramlar daha uzun müddət açılmağa başladı. Zaman keçdikcə Windows bloqqerin əmrlərini yerinə yetirməyi tamamilə dayandırdı. Hətta kompüteri format etmək belə problemi həll edə bilmədi.
 
 

# 3708
avatar

Oxşar yazılar