“WhatsApp”dan YENİLİK - Səsli mesajlar bir dəfə   dinləniləcək 
08 dekabr 2023 13:57 (UTC +04:00)

“WhatsApp”dan YENİLİK - Səsli mesajlar bir dəfə dinləniləcək 

Məşhur “WhatsApp” messenceri səsli mesajlar üçün “Bir dəfə bax” adlı öz-özünə silinən funksiyasını təqdim edib. 

Lent.az xəbər verir ki, bu funksiya 2021-ci ildən foto və videolar üçün tətbiq edilmişdi. Ancaq indi tətbiqdə məxfilik səviyyəsininin artırılması ilə audio mesajlara da şamil edilib.

Messencer tərtibatçıları yeni funksiyadan məxfiliyin artırılması tələb olunan hallarda, məsələn, həssas məlumatların ötürülməsi zamanı istifadə etməyi təklif edirlər.

Məlumata görə, funksiya tədricən iOS və Android əsaslı telefonlarda zamanla tətbiq olunacaq. Yeniləmənin yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bu funksiyanı aktivləşdirmək üçün istifadəçilər səsli mesaj yazarkən mesajın vizual ekranının yanındakı “1” işarəsinə klikləməklə “Bir dəfə bax” seçimini edə biləcəklər. Bununla da qarşı tərəf səsə yalnız bir dəfə dinləyə biləcək. 
 

# 17394
avatar

Sevinc Fərid

Oxşar yazılar