“WhatsApp” yeni funksiya yardılıb
13 fevral 2024 01:30 (UTC +04:00)

“WhatsApp” yeni funksiya yardılıb

"WhatsApp" messencerində istifadəçilərə bəzi kontaktları Sevimlilər kateqoriyasına əlavə etməyə imkan verən yeni funksiya olacaq.

Lent.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

İstifadəçilər bu kateqoriyaya kontaktları əl ilə əlavə edə biləcəklər. Bu funksiyanın çoxlu sayda mesaj yazan və çoxlu zəng edənlər üçün faydalı olacağı gözlənilir. 

Funksiya tətbiqin veb versiyasının növbəti yeniləməsində əlçatan olacaq.

Daha əvvəl bildirilmişdi ki, “WhatsApp” dəstək xidməti ilə əlaqə saxlayarkən süni intellekt (AI) ilə söhbət etməyə imkan verəcək. Eyni zamanda tərtibatçılar qeyd ediblər ki, süni intellekt istifadəçinin problemini həll edə bilməsə, o, operatordan kömək istəyə biləcək.

# 15903
avatar

Oxşar yazılar