Vatsapda süni intellektlə işləyən çat funksiyası
21 noyabr 2023 06:44 (UTC +04:00)

Vatsapda süni intellektlə işləyən çat funksiyası

Vatsap özünün “Google Play” beta proqramı vasitəsilə yüklənə bilən ən son yenilənmiş versiyasının (WhatsApp 2.23.24.26) "Çatlar" bölməsində yeni funksiyanı işə salıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət adlar siyahısını adlayaraq süni intellekt vasitəsilə çatlara keçid etməyi asanlaşdıran və yeni çat işarəsinin üstündə yerləşən düymədən gedir.

Bu dəyişiklik istifadəçilərin vaxtına qənaət edilməsinə, eləcə də proqramdan istifadənin sadələşdirilməsinə və asanlaşdırılmasına yönəlib. Bu funksiya hazırda məhdud beta-tester qrupu üçün əlyetərlidir, lakin tezliklə daha geniş auditoriya tərəfindən istifadə olunacağı gözlənilir.

Bundan əlavə, vatsap, bloklanmış çatlara daxil olmaq üçün gizli kod və istifadəçilərə iş və şəxsi ünsiyyət söhbətlərini ayırmağa kömək edən ayrıca profil seçimi kimi digər maraqlı beta funksiyalarının hazırlanması üzərində işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5316
avatar

Oxşar yazılar