"Twitter"in  mənbə kodu   sızdırılıb
28 mart 2023 16:50 (UTC +04:00)

"Twitter"in mənbə kodu sızdırılıb

"Twitter"in mənbə kodunun bir hissəsi heç gözlənilmədən "GitHub"da ortaya çıxıb.

 Lent.az bildirirt ki, bu barədə "New-York Times" məlumat yayıb. 

Bura sosial şəbəkənin bəzi daxili alətləri də daxildir. "Twitter" "GitHub" rəhbərliyinə müraciət edərək bunun baş verməsində günahlı olan şəxsin tapılmasını tələb edib. Məlumatda qeyd edilib ki, ortaya çıxmış mənbə kodu bir neçə ay ərzində "GitHub" daxilində açıq şəkildə mövcud olub. Sosial şəbəkənin mənbə kodunun bir hissəsini "GitHub"a yerləşdirmiş şəxsin adı bilinmir. Lakin onun "GitHub"dakı ləqəbi FreeSpeedEnthusiast-dır.

Ortaya çıxmış mənbə kodunun "GitHub"dan silinmə tələbi ilə yanaşı mənbə kodunun sızıdırılmasında günahlı olan şəxsin və sızdırılmış mənbə kodunu potensial olaraq yükləmiş istifadəçilərin kimliklərinin təyin olunması istiqamətində sosial şəbəkə məhkəmə iddiası qaldırıb.

"GitHub" təmsilçilərinin bu cür tələbləri yerinə yetirib-yetirməyəcəkləri aydın deyil. "Twitter" təmsilçilərinin fikirlərinə əsasən sosial şəbəkənin mənbə kodunun bir hissəsini daha öncə şirkət daxilində ixtisar edilmiş işçilərdən sızdırmış ola bilər. Qeyd etmək lazımdır ki, mənbə kodu ən vacib kommersiya sirlərindən biri hesab edilir. Onun sızdırılması öz növbəsində bu və ya digər məhsulun proqram təminatında boşluqların yaranmasına və rəqiblərin məhsul üzərində üstünlüklər qazanmasına səbəb ola bilər.

# 2205
avatar

Cavidan HUN

Oxşar yazılar