“Tik Tok” və “İnstagram” fenomeni ÖRDƏK  - HAMI ŞOKDA
29 sentyabr 2021 09:07 (UTC +04:00)

“Tik Tok” və “İnstagram” fenomeni ÖRDƏK - HAMI ŞOKDA

“Tik Tok” və “İnstagram” fenomeni olan ördək ayda 4500 dollar qazanır.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Dunkin Ducks” adlı hesabı olan ördəyin sahibi  ABŞ -ın Pensilvaniya ştatının Milford şəhərində yaşayan Krissy Ellisdir.

Sahibi Muçkin adını verdiyi ördəyin kameranı görən kimi dərhal poz verdiyini açıqlayıb. Ördəyin “İnstagram”da 245 min, “Tik Tok”da 2,7 milyon izləyici var.

“İlk dəfə 16 yaşımda, 2018 –ci ildə bu işə başladım. “İnstagram” sayəsində məşhurlaşdıq. Əvvəl hər kəs məni ələ saldı. Amma ay ərzində marketdə çalışaraq qazandığım pulu ördəyim sayəsində yarım saata qazandım. İnternet vaistəsilə özünüzü tapmaq gec deyil. Bu çox uzun çəkə bilər və ya ora çatmaq çətin ola bilər. Amma inanın ki, buna dəyər ".

# 5106
avatar

Nigar Adil

Oxşar yazılar