Televizorun ekranını yalnız bu parça ilə TƏMİZLƏYİN
02 dekabr 2023 14:38 (UTC +04:00)

Televizorun ekranını yalnız bu parça ilə TƏMİZLƏYİN

Mikrosxemlərə və digər komponentlərə zərər verməmək üçün televizorun ekranını təmizlərkən diqqətli olmalısınız.

Lent.az xəbər verir ki, bu zaman çox nəmli parçadan qaçmaq lazımdır. Toz və ya ləkələri təmizləmək üçün yalnız quru parça istifadə etmək məsləhətdir. 

Xatırladırıq ki, istismar qaydalarının pozulması zamanı və ardınca nasazlıq yaranarsa, şirkət zəmanət vaxtına baxmayaraq onun təmirindən imtina edə bilər.  

LCD və LED televizorların şüşə örtüyə malik olduğunu başa düşmək vacibdir. Bunun üçün çalışıb yalnız istehsalçı tərəfindən buraxılan xüsusi parçadan istifadə edin. 

Şüşə örtüyü təmizləmək üçün nəm salfetlərdən də istifadə etmək olar. Bu salfetləri çalışıb cihazı aldığınız mağazalardan alın. 

Təmizləmə zamanı səthə və ya LED elementlərinə zərər verməmək üçün diqqətli olun.

# 4923
avatar

Sevinc Fərid

Oxşar yazılar