Televiziya  bazarındakı lider   AÇIQLANDI
20 fevral 2024 17:06 (UTC +04:00)

Televiziya bazarındakı lider AÇIQLANDI

Cənubi Koreyanın Samsung korporasiyası dünyanın əsas televizor istehsalçısı seçilib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “Samsung” şirkəti artıq 18 ildir ki, qlobal TV bazarına rəhbərlik edir. 

Məlumata görə, Koreya İT nəhəngi seqmentə ilk dəfə 2006-cı ildə rəhbərlik edib. 2023-cü ilin sonunda şirkətin bazar payı 30,1 faiz təşkil edib.

“Samsung”un çeşidində çoxlu sayda televizor var. Beləliklə, korporasiya 60,5 faiz payla qiyməti 2500 dollardan yuxarı olan ultra-premium cihazlar seqmentində birinci mövqeyini qoruyub. Üstəlik, 2022-ci ildə “Samsung”un bu seqmentdə payı 48,3 faiz təşkil edib.

Həmçinin 2022-ci ildə şirkət OLED televizorlarının satışına başlayıb. O vaxtdan bəri bazara bir milyondan çox ədəd çatdırıb. 2024-cü ilin əvvəlində “Samsung” QD-OLED xəttini təqdim edib. Şirkətin top meneceri Yeon Seok Woo bildirib ki, gələcəkdə istehlakçıların gündəlik həyatını daha dəyərli edə biləcək müxtəlif yenilikləri təqdim etməyə davam edəcəklər.

Onun sözlərinə görə, korporasiya indi diqqətini Micro LED ekranlı cihazların istehsalına yönəltmək niyyətindədir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5313
avatar

Sevinc Fərid

Oxşar yazılar