“WhatsApp”ın tətbiq etdiyi bir neçə məhdudiyyətdən sonra “Telegram”a təlabat artıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, son zamanlar “Telegram” yükləyənlərin sayı 1 milyardı keçib.
“Sensor Tower”in apardığı araşdırma nəticəsində məlum olub ki, “WhatsApp” və “Telegram”dan ən çox istifadə edən ölkə Hindistandır. Bu ölkədə son aylarda “Telegram” proqramının yüklənməsi 22 faiz artıb. Bu göstərici Rusiyada 10, İndoneziyada 8 faizdir.
Ötən illə müqayisədə tətbiqin yüklənmə sayı 61 faiz artıb. Şirkət qeyd edir ki, 1 milyard yüklənmə 1 milyard aktiv istifadəçi olması anlamına gəlmir. İlin əvvəlində “Telegram”ın təxminən 500 milyon aktiv istifadəçisi olduğu qeyd edilir.