Telefonunuz həddindən artıq qızırsa,  bunları edin
06 iyun 2024 15:43 (UTC +04:00)

Telefonunuz həddindən artıq qızırsa, bunları edin

Çox vaxt telefonda həddindən artıq istiləşmə baş verir. Bu, adətən isti aylarda və batareyanın doldurulması zamanı baş verir.

Lent.az xəbər verir ki, telefonun səthi çox qızıbsa, təcili tədbirlər görülməlidir.

Əks təqdirdə, qadcet işləməyi dayandıra bilər. Və çətin ki, mobil telefonunuzu yenidən həyata qaytara biləsiniz.

Bunun üçün 3 vacib addıma diqqət etməliyik. İlk addım “kabro”nu telefondan dərhal çıxarmaqdır. Çünki telefon qabı sadəcə səthin artıq temperaturunu artırır.

İkinci addım smartfonu söndürməkdir. Həddindən artıq qızmış mobil telefonun əlavə yüklə qarşılaşmamasını təmin etmək lazımdır.

Üçüncü addım isə telefonu kölgə olan bir yerə qoymaqdır. Telefonunuzu birbaşa günəş işığından qorumaq lazımdır.

Yuxarıda göstərilən bütün prosedurları vaxtında yerinə yetirsəniz, smartfon kifayət qədər tez soyuyacaq və cihaz tam funksionallıq vəziyyətinə qaytarılacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118
avatar

Sevinc Fərid

Oxşar yazılar