Telefonun  gec enerji yığmasının   5 SƏBƏBİ
17 iyun 2024 09:33 (UTC +04:00)

Telefonun gec enerji yığmasının 5 SƏBƏBİ

Telefon müxtəlif səbəblərə görə gec doldurula bilər. 

Lent.az həmin səbəblərin bir neçəsini təqdim edir: 

Telefon sarj olunarkən istifadə etmək

Şarj olunan telefonu toxunmamaq məsləhətdir. Ondan istifadə edirsinizsə, təbii ki, gec enerji yığacaq. Bu vərdişdən imtina etsəniz, telefonunuzun daha sürətli doldurulduğunu görəcəksiniz. 

Orijinal olmayan şarj alətindən istifadə

Siz şarj cihazını dəyişdirdikdən sonra telefonunuz yavaş doldurulmağa başlayıbsa, deməli, orijinal olmayan alətdən istifadə edirsiniz. Çalışıb orijinal alətə qayıdın, ya da keyfiyyətli bir şarj cihazı seçin. 

Telefonun şarj yerinə diqqət edin

Telefonu şarj alətinə taxarkən orada boşluğun olub olmamasına diqqət yetirin. 

Batareya problemləri

Batareyanın vəziyyətini yoxlayın. O şişibsə, dərhal çıxarın və yenisini quraşdırın.

Mobil telefonun köhnəlməsi 

Hər kəs bilir ki, telefonların istifadə edilmə müddəti var. Artıq uzun müddətdir ki, qadcetdən istifadə edirsinizsə, deməli, dəyişdirməyin vaxtıdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6033
avatar

Sevinc Fərid

Oxşar yazılar