Telefonları gecə necə  doldurmaq lazımdır?
29 dekabr 2023 16:36 (UTC +04:00)

Telefonları gecə necə doldurmaq lazımdır?

Smartfon doldurularkən istilik əmələ gəlir. Telefon “kabro”dadırsa, bu, həddindən artıq istiləşməyə və batareyanın zədələnməsinə gətirib çıxarır. Bununla belə, telefonunuzu düzgün dolrumağa səy göstərsəniz, xoşagəlməz nəticələrin qarşısını almaq olar.

Lent.az xarici mediaya istinadən bunun yollarını təqdim edir: 

Şarj edərkən smartfonunuz istiləşirsə, o, daha yavaş doldurulacaq. Beləliklə, “kabro”nun çıxarılması şarj prosesini sürətləndirməyə və həddindən artıq istiləşmədən qaçmağa imkan verir. Bu səbəbdən telefonunuzu bir gecədə şarjda qoysanız, bu, telefonun həddindən artıq doldurulmasına səbəb ola bilər.

Bununla belə, narahat olmağa dəyməz - müasir smartfonların əksəriyyəti tam doldurulduqdan sonra şarjı dayandıracaq qədər ağıllıdır. Bundan sonra qadcet sadəcə lazım olan faizləri seçir.

Həmçinin, telefonunuzu yumşaq bir səthə yox, onu sərt bir şeyin üstünə qoymaq daha yaxşıdır. O zaman istilik sərbəst şəkildə yayılacaq və cihaza zərər verməyəcəkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17352
avatar

Sevinc Fərid

Oxşar yazılar