Telefona  alternativ cihaz  təqdim edildi
14 dekabr 2023 15:33 (UTC +04:00)

Telefona alternativ cihaz təqdim edildi

“Humane” şirkəti smartfona alternativ olaraq yeni cihaz təqdim edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş “Apple” əməkdaşları tərəfindən yaradılmış “Humane” startapı ənənəvi smartfonlara rəqib olmağı vəd edən “ AI Pin” adlı inqilabi cihazı nümayiş etdirib. 

Yeni məhsul geyimə quraşdırmaq üçün uyğun olan maqnit bərkitmə ilə kompakt moduldur. “AI Pin”in fərqli xüsusiyyəti displeyin olmamasıdır. Cihazla bütün qarşılıqlı əlaqə səs əmrləri, bədəndəki sensor panel və quraşdırılmış kamera və sensorlar tərəfindən aşkar edilən jestlərdən istifadə etməklə həyata keçirilir. Bundan əlavə, cihaz müxtəlif səthlərdə məlumatları göstərə bilən proyektorla təchiz edilib.

“AI Pin” “Microsoft” və “OpenAI” şirkətlərinin süni intellekt modellərinə qoşulmaq üçün “CosmOS” əməliyyat sistemindən və xüsusi “AI Mic” proqramından istifadə edir. Bildirilir ki, qurğu tamamilə avtonomdur və smartfonlarla sinxronizasiya tələb etmir.

“AI Pin”in texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Ancaq məlumdur ki, qurğu “Qualcomm”un “Snapdragon” prosessoru ilə təchiz edilib. “AI Pin” üçün T-Mobile eSIM, bulud yaddaşı və AI modellərinə giriş daxil olmaqla aylıq 24 dollarlıq abunə tələb olunur. Cihazın özünü 699 dollara əldə etmək mümkün olacaq. 
 

# 4614
avatar

Sevinc Fərid

Oxşar yazılar