Süni intellektin gizli təhlükəsi: 1,3 milyard insan susuz qala bilər
07 iyun 2026 07:44 (UTC +04:00)

Süni intellektin gizli təhlükəsi: 1,3 milyard insan susuz qala bilər

0

BMT-nin yeni hesabatına görə, süni intellekti işlədən məlumat mərkəzləri 2030-cu ilə qədər nəhəng həcmdə elektrik, su və torpaq resursu istehlak edəcək.

Lent.az xəbər verir ki, hesablamalara əsasən, bu mərkəzlərin su sərfiyyatı 1,3 milyard insanın bir illik məişət su tələbatına bərabər ola bilər.

Məlumat mərkəzlərində serverlərin soyudulması üçün gündə milyonlarla qallon su istifadə olunur.

Ekspertlər xəbərdarlıq edirlər ki, süni intellektin ətraf mühitə təsiri yalnız karbon emissiyaları ilə ölçülməməlidir; su və torpaq ehtiyatlarına təsiri də ciddi problemdir.

Hesabatda həmçinin qeyd olunur ki, süni intellekt infrastrukturunun əsas hissəsi ABŞ və Çində cəmləşib və bu sahə elektron tullantıların da sürətlə artmasına səbəb ola bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar