Süni intellekt 5 ildən sonra həyatımızı tam dəyişdirəcək - BİLL QEYTS
17 yanvar 2024 21:07 (UTC +04:00)

Süni intellekt 5 ildən sonra həyatımızı tam dəyişdirəcək - BİLL QEYTS

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts Davos Ümumdünya İqtisadi Forumundakı panel çıxışında bildirib ki, süni intellekt (AI) 5 ildən sonra həyatımızı kökündən dəyişdirəcək. O, AI ilə bağlı qorxuları XX əsrin əvvəlində texnologiyaya qarşı meydana gələn narahatlıqla müqayisə edib.

Lent.az xəbər verir ki, Bill Qeyts 1900-cü illərin əvvəlində dünya əhalisinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu, inkişaf etməkdə olan texnologiyaların insanlarda qorxu hissi yaratdığını xatırladıb. Amma məhz həmin dövrdə yeni profilli iş yerləri meydana çıxıb və AI sayəsində də məşğulluğun ən müasir sferaları yaranacaq.

Süni intellektin təhsil, texniki dəstək və digər xüsusiyyətlərinin bəşəriyyəti irəliyə doğru aparacağını diqqətə çatdıran Bill Qeyts əlavə edib ki, bütün bu fəaliyyətləri tənzimləyəcək yüksəkixtisaslı kadrlara ehtiyac artacaq.

Beynəlxalq Valyuta Fondu (BVF) son hesabatında süni intellektin qlobal məşğulluğun 40 faizinə mənfi təsir edəcəyini bildirmişdi. Bill Qeyts isə açıqlamasında 5 ildən sonra hər kəsin bir süni intellekt köməkçisi olacağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5820
avatar

Oxşar yazılar