“Getty Images” şirkəti NVIDIA ilə birgə “Generative AI by iStock” adlı yeni platformanı təqdim edib.
Lent.az xəbər verir ki, sözügedən platforma mətn formatında təsvirlər əsasında stock fotoların tərtib edilməsi üçün nəzərdə tutulub.
Bu yeni platforma daha öncə anons edilmiş Generative Getty Images adlı servisin inkişaf etmiş versiyasıdır. Lakin Generative AI by iStock yalnız stock kitabxanalar üçün fotoların tərtib edilməsinə istiqamətlənib.
Platforma NVIDIA-nın Picasso adlı süni zəka modeli əsasında çalışır. Məlumata əsasən sözügedən yeni platforma stock fotoların seçilməsi mövzusunda freelancer-lərin və kiçik biznesin işini sadələşdirə bilər. Servisdən istifadə haqqı 14.99$ təşkil edir. Bu qiymətə süni zəkaya göndərilməsi üçün nəzərdə tutulmuş 100 ədəd sorğu daxildir. Sistem hər sorğu üçün 4 müxtəlif foto tərtib edir.