Sosial şəbəkələrdə əllərinizə diqqət edin - OĞURLAYIRLAR
15 dekabr 2023 10:27 (UTC +04:00)

Sosial şəbəkələrdə əllərinizə diqqət edin - OĞURLAYIRLAR

Sosial şəbəkələrdə şəxsi şəkillərinizi yerləşdirmək adi bir şey kimi görünsə də, bu fotolardan fırıldaqçılar istifadə edə bilər. Özünüz də bilmədən təhlükədə ola bilərsiniz. Barmaqlarımızın fotoşəkilləri bizə qarşı istifadə edilə bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Yaponiya Milli İnformasiya Elmləri İnstitutunun araşdırmalarına əsasən, rəqəmsal kamera ilə 3 metr məsafədən çəkilmiş fotoşəkillərdən barmaq izlərimzi oğurlayıb, surətini çıxarmaq olar.  

Sosial şəbəkədə paylaşılmış şəklin keyfiyyəti nə qədər yüksək olarsa, bir o qədər təhlükəlidir
Smartfonlarımız daha təkmilləşir və yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verən müasir kameralarla təchiz edilir. Onların köməyi ilə çəkilmiş fotoşəkillər internetdə yerləşdirildikdə təhlükə yaranır.

Bu, şəxsi məlumatların sızması riskini artırır. Tədqiqatçıların fikrincə, fotoşəkildə yaxşı fokuslanma və işıqlandırma barmaq izi məlumatlarını yenidən qurmaq üçün kifayətdir.

Oğurlanmış məlumatlar bizə qarşı istifadə edilə bilər.

Məlumatlarınız oğurlanarsa, o qara bazar saytlarında onlayn yolla  satışa çıxarılır. Barmaq izlərindən istifadə edərək müxtəlif proqram və cihazları açmaq olar. Fırıldaqçılar şəxsi məlumatlarınıza giriş əldə etdikdən sonra bank hesabınıza və digər şəxsi hesablarınıza daxil olmaq üçün ondan istifadə edə bilərlər. Barmaq izinin oğurlanmasının yarada biləcəyi başqa bir təhlükə, keçirici mürəkkəbdən istifadə etməklə biometrik skanerləri aldada bilən kağız nüsxələrin yaradılmasıdır. Məsələn, Miçiqan Dövlət Universitetinin tədqiqatçıları sübut ediblər ki, belə bir nüsxə yaratmaq üçün heç bir xüsusi avadanlıq tələb olunmur. Özünüzü qorumağın bir neçə yolu var. Şəkil çəkdirərkən əlinizin içini yox, çölünü,  dırnaqlarınızı göstərin. Bu barmaq izlərinizin köçürülməsinin qarşısını alacaq.

Nəzərə alın ki, indi barmaq izi kimi, üz və göz bəbəyindən də açar kimi istifadə olunur.

# 4776
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar