Saturnun yüksək keyfiyyətli FOTOSU
27 dekabr 2023 02:58 (UTC +04:00)

Saturnun yüksək keyfiyyətli FOTOSU

Hubble kosmik teleskopu Saturn planetinin yaxından fotosunu çəkib. 

Lent.az xəbər verir ki, ötən ay çəkilən fotoda halqaların üzərindəki ləkələr aydın görünür.

Bu ləkələri ilk dəfə Voyager-1 zondu 1981-ci ildə qeydə alıb. Son illər çəkilən fotolar ləkələrin mövsümi olaraq dəyişdiyini xəbər verir. 

Foto çəkilərkən halqalı planet Yerdən 850 milyon kilometr məsafədə olub. 
 

# 4926
avatar

Oxşar yazılar