“Samsung”dan yeni  sərfəli qiymətə   TELEFON
01 mart 2024 12:48 (UTC +04:00)

“Samsung”dan yeni sərfəli qiymətə TELEFON

“Samsung” şirkəti “Galaxy S24” seriyasından əlavə, sərəfli qiymətə “Galaxy F” xəttinin davamını hazırlayır. 

Lent.az xəbər verir ki, artıq bazarda yeni hitə çevrilməli olan “Galaxy F15” modeli haqqında məlumatlar yayılır. 

Yeni məhsulun iki əsas xüsusiyyəti: avtonomiya və proqram dəstəyi. Bildirilir ki, qurğu 6000 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunacaq. O, həmçinin dörd il ərzində Android yeniləmələrini alacaq. Bu da əslində 200 dollardan aşağı smartfonlar üçün rekorddur. 

Cihaz 4 GB operativ yaddaşa malik MediaTek Dimensity 6100+ prosessorunda işləyir. Təsadüfi oyun və sabit OS əməliyyatı üçün tam uyğundur. “Galaxy F15” həmçinin 6,5 düymlük AMOLED ekran və 50 meqapiksellik kamera ilə təchiz ediləcək. Digər təfərrüatlar isə hələ ki, açıqlanmayıb. 

İnsayderlər “Galaxy F15”in qiymətinin “Galaxy F14”dən çox da fərqlənməyəcəyini bildirir. Əgər belədirsə, o zaman smartfonun əsas versiyasının qiyməti 160 dollar olacaq. Mobil cihazın buraxılış tarixi təsdiqlənməyib, lakin cihaz növbəti ayda göstərilməlidir.


 

# 3276
avatar

Sevinc Fərid

Oxşar yazılar