“Samsung”dan yeni rekord yaddaşlı  telefon
13 mart 2024 18:44 (UTC +04:00)

“Samsung”dan yeni rekord yaddaşlı telefon

“Samsung” şirkəti 12 giqabayt yaddaşa malik “Galaxy A55” smartfonunu təqdim edib. 

Lent.az xəbər verir ki, bu barədə “SamMobile” məlumat yayıb.

Cihazın 12 giqabayt operativ yaddaş alan markanın ilk sub-flaqmanı olduğu ortaya çıxıb.

Bu, “Samsung” cihazları üçün rekorddur. Çünki əvvəllər bu həcmdə yaddaşı yalnız flaqman qurğular alırdı.

Qadcet “Exynos 1480” prosessoru, ən azı 8 giqabayt operativ yaddaş və 128 giqabayt daxili yaddaşla təchiz edilib. Smartfon 6,6 düymlük Super AMOLED displeyə malikdir, 120 Hz tezliyi və Always-on displey funksiyasını dəstəkləyir. Qadcetin arxa panelində 50, 12 və 5 meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera var. O, saniyədə 30 kadr sürətlə 4K-da video çəkə bilir.

“Galaxy A55” həmçinin 25 vatt sürətli doldurma dəstəyi ilə 5000 milliamper-saatlıq batareyaya malikdir. Telefonda ekranın altında qurulmuş barmaq izi sensoru, 32 meqapiksellik ön kamera, One UI 6.1 qabığı ilə Android 14 var. “Samsung” dörd illik Android yeniləmə dəstəyi vəd etdi. “Galaxy A55”in əsas versiyasının qiyməti 479 avro təşkil edir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20672

Oxşar yazılar

Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45