“Samsung”da  yeni eksklüziv üstünlük   – “iPhone” bunu edə bilməz
08 fevral 2024 18:22 (UTC +04:00)

“Samsung”da yeni eksklüziv üstünlük – “iPhone” bunu edə bilməz

“Galaxy S24 Ultra” nəinki daha yaxşı batareya və ekrana malikdir, həm də nəzərəçarpacaq dərəcədə sürətli yaddaşa malikdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, keçən həftə “Samsung” flaqman smartfonu “Galaxy S24 Ultra” təqdim edib. 

Təqdimat zamanı əsas diqqət, şirkətin fikrincə, “bazarı dəyişdirəcək” süni intellektə yönəldilib. Bu vaxt rəyçilər cihazı sınaqdan keçirir və onun AI-dən daha çox həyatda faydalı ola biləcək açıq-aşkar üstünlükləri haqqında danışıblar.

Testlər zamanı məlum olub ki, “Galaxy S24 Ultra” smartfonu  “iPhone 15 Pro Max”dan daha sürətli diskdən istifadə edir. Bildirilir ki, oxu və yazma testində “Samsung”un yeni flaqmanı müvafiq olaraq 75% və 15% üstünlük nümayiş etdirib.

Həmçinin, “Galaxy S24 Ultra” yüksək səviyyəli “iPhone”dan daha az gecikmə göstərir. 


 

# 11319
avatar

Sevinc Fərid

Oxşar yazılar