“Samsung” yeni modellərinin  xüsusiyyətlərini açıqladı
04 dekabr 2023 12:51 (UTC +04:00)

“Samsung” yeni modellərinin xüsusiyyətlərini açıqladı

“Samsung”un yeni flaqmanlarının texniki xüsusiyyətləri açıqlanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Samsung Galaxy S24” 8 giqabayt operativ yaddaşa malik olacaq.

Mütəxəssislərin fikrincə, 2024-cü ilin əvvəlində Koreya şirkəti üç yeni cihaz təqdim edəcək - Galaxy S24, Galaxy S24+ və Galaxy S24 Ultra. Qurğuların əsas versiyalarında səkkiz giqabayt operativ yaddaş olmasına baxmayaraq, qabaqcıl modellər 12 giqabayt RAM alacaq.

Ancaq 16 giqabayt operativ yaddaşa malik versiya yoxdur. Bu fakt isə bir çox istifadəçiləri təəccübləndirib. Çünki hələ 2020-ci ildə buraxılan “Galaxy S20 Ultra” modeli 16 giqabayt yaddaşa malik təkmil versiyaya malik idi.

Bildirilir ki, “Galaxy S24” və “S24+” satış bölgəsindən asılı olaraq “Snapdragon 8 Gen 3” və ya “Exynos 2400” prosessoru ilə təchiz olunacaq.

Qeyd edək ki, “Samsung Galaxy S24” modelli telefonların yanvarın 17-də ABŞ- da keçiriləcək təqdimatda nümayiş olunacağı ehtimal edilir. Cihazlar yanvarın 30-dan satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14394
avatar

Sevinc Fərid

Oxşar yazılar