"Samsung"  hər iki tərəfə əyilən  telefon təqdim etdi
10 yanvar 2024 13:53 (UTC +04:00)

"Samsung" hər iki tərəfə əyilən telefon təqdim etdi

“Samsung” hər iki tərəfə əyilən telefon təqdim etdi 

Cənubi Koreyanın “Samsung” korporasiyası displeyi hər iki istiqamətdə əyilə bilən smartfon təqdim edib.

Lent.az xəbər verir ki, şirkət Las-Veqasda ( ABŞ ) keçirilən CES 2024 sərgisində “Flex In & Out Flip” adlı konsept cihazını nümayiş etdirib. 

Bildirilir ki, cihaz “Galaxy Z Flip” qapağı şəklindədir və elastik ekranla təchiz edilib. Cihaz 360 dərəcə açıla bilir.

Müəlliflərin fikrincə, demo nümunəsinin ekranındakı simulyasiya istifadəçi interfeysinin telefonun müxtəlif mövqelərinə necə uyğunlaşacağına dair fikir verib. “Samsung” yeni forma faktorunu müxtəlif şərtlər altında sınaqdan keçirdiyini bildirib. Beləliklə, müxtəlif istiqamətlərdə qatlana bilən cihaz -20 ilə +60 dərəcə arasında olan həddindən artıq temperaturda işləməyə davam edib.

CNET mütəxəssisləri qeyd ediblər ki, yeni forma faktoru ilə Koreya korporasiyası smartfonları daha çox yönlü və faydalı etmək üçün öz cihaz xəttini genişləndirmək niyyətindədir. “Flex In & Out Flip” texnologiyasına malik cihazların bazara buraxılma vaxtı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8478
avatar

Sevinc Fərid

Oxşar yazılar