Rusiya məşhur internet platforması olan “YouTube”ni təhdid edib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Təşkilatı “Russia Today”in alman dilli iki kanalının bağladığı üçün “YouTube” adıçəkilən ölkədə bağlana bilər.
Rusiya rəsmiləri “YouTube” şirkətinə kanalların bağlanma qərarını ləğv etməyi tələb edib. Əks təqdirdə, Rusiyada “YouTube” bloklana bilər.