1984-cü il Paris-Dakar rallisində qalib gələn ikonik 911 modelinin xatirəsinə “Porsche” yalnız 2500 ədəd istehsal ediləcək xüsusi 911 Dakar versiyasını təqdim etdi.
Lent.az xəbər verir ki, bu xüsusi versiya məhdud buraxılış və unikal dizayn detalları ilə diqqəti cəlb edir.
911 Dakar-ın xüsusi versiyası; “signalyellow”, “metal genziana blue” və “lampedusa blue” kimi göz oxşayan rəng seçimlərində təklif olunur.
Eksteryer dizaynda “Rallye Design” paketinə üstünlük verilsə də, interyer detalları da “lampedusa mavi” xətləri və sarı tikişləri ilə seçilir.
Bundan əlavə, bu avtomobildə 911 Dakar yazısı və xüsusi dəri əlavələr var.
911 Dakar 480 at gücü hasil edən 3,0 litrlik tvin-turbo mühərriki ilə performans həvəskarlarını cəlb edir.
Relyef şəraitinə uyğun asqı 60 mm-ə qədər qaldırılıb.