Oktyabrda satışa çıxarılacaq yeni “iPhone 13”ün  ƏSAS XÜSUSİYYƏTİ
13 sentyabr 2021 14:33 (UTC +04:00)

Oktyabrda satışa çıxarılacaq yeni “iPhone 13”ün ƏSAS XÜSUSİYYƏTİ

Dünyanın ən məşhur markalarından biri olan “Apple” sentyabrın 14-də yeni “iPhone 13” seriyasını təqdim edəcək.  

Lent.az xarici KİV-ə istinadən bildirir ki, yeni “iPhone” seriyasının dörd variantda təqdim olunacağı gözlənilir: “iPhone 13 mini”, “iPhone 13”, “iPhone 13 pro” və “iPhone 13 pro Max”.

Mini və əsas versiyanın hər biri 4GB RAM və 64, 128 və 256GB flaş yaddaşa sahib olacaq. Pro və Pro Max smartfonları 6 GB RAM ilə təchiz ediləcək və 128, 256, 512 GB və hətta 1 TB flaş yaddaşlı versiyalarda olacaq.

Sentyabrın 14-də təqdim olunacaq “iPhone13”ün oktyabr ayında satışa çıxarılacağı gözlənilir.

Araşdırmalar nəticəsində “İphone” telefonlarından ən çox satılan rəngin solğun qara olduğu məlum olub. “Apple”in bu rəngin patentini aldığı da iddia olunur. Mənbələrə görə, solğun qara “iPhone 13” yalnız Pro və Pro Max modellərində olacaq.

Bundan əlavə, çəhrayı, narıncı, bürünc və bənövşəyi rənglərdə də yeni “iPhone” modellərini görə biləcəyik.

“iPhone 13” modelinin kamerası əvvəlki buraxılışlara nisbətən daha yaxşı olacağı bildirilir. Yalnız “iPhone 12 Max” üçün təklif olunan optik görüntü sabitliyi 13 modelində standart olacaq. Əlavə olaraq “Apple”in yeni “iPhone 13” üçün 6 parçalı bir lensdən istifadə edəcək.  

# 4890
avatar

Nigar Adil

Oxşar yazılar