Noutbukunuzu necə tez soyutmaq   olar? – YOLLARI
27 dekabr 2023 10:38 (UTC +04:00)

Noutbukunuzu necə tez soyutmaq olar? – YOLLARI

Noutbuklar və kompüter avadanlığı həddindən artıq yüksək temperaturlara dözmür, Buna görə onların içərisində soyuducular quraşdırılır. Ancaq bəzən ev çox isti olur və cihazın içərisindəki aktiv işləyən soyuducu sistemdə də yükün öhdəsindən gələ bilmir.

Bu səbəbdən sistemin soyudulması işi noutbuk sahibinin üzərinə düşür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kompüter avadanlıqlarının istifadəçi tərəfindən soyudulmasının bir neçə yolu var. 

Həmin yollardan bir neçəsini təqdim edir: 

Laptopun düz bir səthdə quraşdırıldığından əmin olmalısınız. Əsas odur ki, alt tərəfi hava axını ilə təmin olsun . 

Noutbukunuzu ildə ən azı iki dəfə tozdan təmizləyin.

Lazım olduğunu düşünürsünüzsə, video kartınız və ya prosessorunuz üçün termal pastanı dəyişdirin.

Həddindən artıq istiləşmə vəziyyətlərinin qarşısını almağa kömək edəcək xüsusi bir soyutma yastığı alın. 

Bəzən daha güclü soyuducuların quraşdırılması məntiqlidir və noutbuk sahiblərinə məsləhət görülür.
 

# 3972
avatar

Sevinc Fərid

Oxşar yazılar