Müxtəlif qiymətli  3 ən yaxşı telefon
30 noyabr 2023 17:58 (UTC +04:00)

Müxtəlif qiymətli 3 ən yaxşı telefon

Müxtəlif qiymətli 3 ən yaxşı telefon açıqlanıb. 

Lent.az “FRAndroid” portalına istinadən xəbər verir ki, bunlardan biri “Samsung Galaxy S 23 Ultra” smartfonudur. Bu mobil cihaz ilin ən yaxşı telefonu seçilib. Qurğu öz texniki xüsusiyyətləri ilə istifadəçiləri heyran edir.  Smartfon “overclock” edilmiş “Qualcomm Snapdragon 8 Gen 2” çipi, 1-dən 120 Hz-ə qədər dəyişən yeniləmə tezliyinə malik yüksək keyfiyyətli 6,8 düymlük Dynamic AMOLED displeyə də malikdir. 

Yüksək keyfiyyətli kamera, S-Pen dəstəyi və uzun batareya ömrünə xüsusi diqqət yetirilir.  Bildirilir ki, “Galaxy S23 Ultra”nın yeganə çatışmazlığı onun yüksək qiymətidir. 

Pul baxımından ən sərfəli telefon isə “Samsung Galaxy A 54”dir. Cihaz yüksək keyfiyyətli ekran, uzun batareya ömrü və dörd illik proqram yeniləmələri təklif edir. Əsas çatışmazlıq 25 Vt-lıq yavaş doldurulmadır.

“Redmi Note 12” 5G 2023-cü ilin ən sərfəli smartfonlarından biri seçilib. O, əla OLED displeyinə, seqmentinə görə kifayət qədər yüksək performansa və əla batareya ömrünə malikdir. Telefonda MIUI proqram təminatı cihazın əsas çatışmazlığı hesab olunur.
 

# 3792
avatar

Sevinc Fərid

Oxşar yazılar