“Microsoft” “iPadOS” üçün “Office” təqdim etdi
18 fevral 2021 09:34 (UTC +04:00)

“Microsoft” “iPadOS” üçün “Office” təqdim etdi

“Microsoft” şirkəti “Apple”ın planşetləri üçün universal “Office” proqramını təqdim edib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Word”, “Excel” və “PowerPoint”i özündə birləşdirən yeni versiya “iPadOS” üçün tamamilə optimallaşdırılıb, bölünmüş ekran (Split View) rejimini, həmçinin klaviatura və “maus”u dəstəkləyir.

  Yenilənmiş “Office” indi “iPadOS” üçün universal proqramdır. Bir neçə yeni alət əlçatan olub: istifadəçilər PDF faylları yarada və imzalaya, şəkilləri mətn və cədvəllərə çevirə, həmçinin “Paylaşmaq” menyusundakı sənədləri tez bir şəkildə redaktə edə bilərlər.

  “Office” mobil proqramının yeni versiyası artıq “App Store” mağazasında əlçatandır.

# 1821
avatar

Oxşar yazılar