"Lada"nın bu modelinin istehsalı dayandırıldı  - SƏBƏB
08 dekabr 2023 17:39 (UTC +04:00)

"Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB

Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" "Lada Granta Cross" modelinin istehsalını komponentlərin çatışmazlığı səbəbindən dayandırıb. Bu barədə  "Avtograd News" ictimai səhifəsi məlumat yayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, "AvtoVAZ", komponent çatışmazlığı səbəbindən dekabrın 8-dən qeyri-müəyyən müddətə "Granta Cross" avtomobillərinin istehsalını müvəqqəti dayandırıb. Məlumata əsasən, lazımi komponentlər gəldikdən sonra montaj davam etdiriləcək, ancaq vaxt çərçivəsi hələlik məlum deyil.

Cross avtomobili standart "Lada Granta"dan davamlı plastikdən hazırlanmış kuzov dəstinin olması ilə fərqlənir.

Avtomobil 90 və 106 at gücünə malik 1,6 litrlik benzin mühərriki ilə təchiz edilib. Sürət qutusu beş pilləli mexaniki sürət qutusudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26115
avatar

Oxşar yazılar