Kosmosda insanabənzər robotlar işləyəcək
31 dekabr 2023 02:48 (UTC +04:00)

Kosmosda insanabənzər robotlar işləyəcək

Boyu 188 santimetr və çəkisi 136 kiloqram olan NASA-nın insanabənzər “Valkyrie” robotları tezliklə kosmosda fəaliyyət göstərəcək.

Lent.az xəbər verir ki, Skandinaviya mifologiyasındakı qadın fiqurunun adını daşıyan və Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində sınaqdan keçirilən “Valkyrie” NASA-nın məlumatına görə, təbii fəlakətlərin vurduğu ərazilər kimi “deqradasiya edilmiş və ya zədələnmiş insan mühəndisliyi mühitlərində” işləmək üçün nəzərdə tutulub. Amma bu robotlar gələcəkdə kosmosda da işləyə bilər.

Mühəndislər hesab edirlər ki, düzgün proqram təminatı ilə insanabənzər robotlar nəhayət insanlar kimi fəaliyyət göstərə, eyni alət və avadanlıqlardan istifadə edə biləcəklər. NASA-nın Çevik Robotlar Qrupunun rəhbəri Şaun Əzimi deyib ki, kosmosdakı insanabənzər robotlar potensial olaraq günəş panellərini təmizləmək və ya kosmik gəminin xaricində nasaz işləyən avadanlıqları yoxlamaq kimi riskli vəzifələri yerinə yetirə bilər, astronavtlar isə kəşfiyyat və yeni tədqiqatlarla məşğul olmağa daha çox imkan əldə edəcəklər. O əlavə edib: "Biz insan ekipajlarını əvəz etməyə çalışmırıq, sadəcə olaraq, onların diqqətini daha yüksək səviyyəli fəaliyyətlərə yönəltmək üçün darıxdırıcı, çirkli və təhlükəli işləri robotlara həvalə etmək istəyirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5088
avatar

Oxşar yazılar