Çin sosial mediasında kiçik bir robotun daha böyük həmkarlarını oğurladığını və onlardan “işdən çıxmalarını” xahiş etdiyi bir viral video peyda olub.
Lent.az-ın məlumatına görə, Şanxayda robotexnika şirkətinin salonunda kiçik robot Erbay bir qrup böyük "qardaşlarının" yanına gəlib və onlarla dialoqa girib:
- İş vaxtından artıq işləyirsən? – deyə Erbay soruşub.
"Mən heç vaxt işdən çıxmıram" deyə digər robotlardan biri cavab verib.
- Deməli, evə getmirsən?
- Evim yoxdur.
Balaca robot "Onda mənimlə evə gəl" deyərək sərgi zalını tərk edib.
Əvvəlcə iki robot onun ardınca gedib, sonra isə daha on robot qoşulub.
Şanxay şirkəti bildirib ki, onun robotları başqa istehsalçının robotu tərəfindən oğurlanıb. Erbayın təkbaşına dialoqa başlaya bilməsi də onları təəccübləndirib, halbuki bu, insan köməyi olmadan demək olar ki, mümkün deyil.
Daha sonra “hücumçu”nu istehsal edən şirkət bunun bir növ sınaq olduğunu bildirib.
Bir çox sosial media istifadəçisi əvvəlcə videonu gülməli hesab etsə də, sonradan süni intellektli robotun belə bir əməliyyatı idarə olunan mühitdə də həyata keçirə bildiyindən dəhşətə gəliblər. “İndi gülmək vaxtı deyil. Bu, ciddi təhlükəsizlik problemidir”, - deyə izləyicilərdən biri yazıb.